Uzaqdan İdarə Olunabilən Giyotin Pəncərə Sistemi

6220a73729b021646307127

Uzaqdan İdarə Olunabilən Giyotin Pəncərə Sistemi

Yaşayış sahəsinin həm görünüş və həm də rahatlıq baxımından istifadəli olması  əhəmiyyətli bir detaldır. Xüsusilə giyotin şüşə sistemləri fərqli seçimləri və geniş xüsusiyyətləri ilə bir çox insan tərəfindən bəyəlinir. Giyotin sistemlərdə şüşə panellər mühərrik sistemi ilə yuxarı və aşağı hərəkət edir. Tamamilə ideal olan bu sistemlər istənilən rənglərə görə də dizayn edilə bilir. Bundan əlavə, bu sistemlər dəbli görünüşü ilə məkanınıza canlılıq qatır. Ofislərdə, otellərdə, kafelərdə, evlərdə və terraslarda istifadə olunan hərəkətli şüşə sistemləri, estetik və təbii görünüşü ilə yaşayış yerinizə zəriflik qatacaq.

Vinova MMC olaraq təklif etdiyimiz giyotin sistemləri, təhlükəsiz və rahat olma funksiyaları ilə yanaşı, istilik və səs izolyasiyasını da təmin edir.

Giyotin Şüşə Sistemlərinin Texniki Xüsusiyyətləri:

-Əlverişsiz hava şəraitinə qarşı kifayət qədər təhlükəsiz və möhkəmdir

-Pult ilə idarə olunan avtomatik sistemdir

-Sistemdə hərəkətlilik istənilən istiqamətə yönəldilə bilir

-Rahat və təhlükəsizdir

-Funksiyonallığı ilə yanaşı, istilik və səs izolyasiyasını da təmin edir

-Sistemin hündürlüyü ehtiyaca görə tənzimlənə bilir

Giyotin sistemdə məkanların qızdırılmasında, soyudulmasında və ya havalandırılmasında əhəmiyyətli bir yerə malikdir. Bu səbəbdən daha çox kafe və restoranlarda giyotin cam sistemlərinə üstünlük verilir.

İnsanlar yay aylarında açıq və geniş sahələrə daha çox üstünlük verirlər. Bu zaman giyotin şüşə sistemləri belə hallarda da funksional sistemlərə malikdir. İstər məkanın kondisioner vasitəsi ilə, istərsə də təbii olaraq soyudulması zamanı giyotin şüşə sistemləri fəal şəkildə istifadə oluna bilir. Asan istifadəsi və güclü izolyasiyası ilə isti havalarda da istifadə üçün uyğunluq təşkil etməkdədir.

Şirkətimiz peşəkar mühəndis və usta heyəti ilə sifarişlərin vaxtında icra olunmasını, konsultasiyasını, etibarlı və güvənli çatdırılma və quraşdırılmasını təmin edir.

Sualınız var?

Xidmətlərimizdən yararlanmaq üçün
Bizə yazın!