Ofis Arakəsmə Sistemləri

Ofis Arakəsmə Sistemləri

 

Vinova MMC olaraq geniş çeşiddə müasir şüşə arakəsmələr təklif edirik. İş yerinizin zonalara bölünməsi üçün səmərəli həll yolu olan ofis arakəsmələri, estetik olaraq gözəl olması ilə bərabər həm də iş yerinizə xüsusi prestij qazandıracaq.

Əsasən, ofis, iş və ticarət mərkəzləri kimi obyektlərdə istifadə olunan arakəsmələr şüşə, ağac, mebel və səsuducu materiallardan da hazırlana bilir ki, bu da öz növbəsində məkanın interyerini müxtəlif tərzdə dizayn etməyə imkan verir.

Arakəsmə sistemləri materialına görə üç yerə ayrılır.

•Tam şüşəli;

•Mebel kombinasiyalı;

•Hərəkətli divarlar.

Ofis arakəsmələri müasir ofislərdə strukturlaşmanın vacib xüsusiyyətlərindən biri sayılır. Çünki, ofislərdə personalın iş effektivliyinin yüksək olması onların sərbəst işləmək imkanlarının olmasından çox asılıdır. Ofislərin şüşə arakəsmələrlə ayrılması estetik görünüşün gözəl olması ilə bərabər həm də, iş yerinə xüsusi prestij qazandırır.

Müştərilərimizə təqdim etdiyimiz bütün təkliflərdə, istifadə etdiyimiz məhsulların test dəyərləri və onların sertifikatları, eskiz layihəsi, təhvil müddəti öncədən təqdim olunur.

Sualınız var?

Xidmətlərimizdən yararlanmaq üçün
Bizə yazın!

Suallarınızla bağlı bizə zəng edin

+99412 408 8050

+99450 330 8050