Sürmə Sistemlər

Sürmə Sistemlər

 

Dövrümüzdə memarlıq layihələrinin vacib elementlərindən biri halına gəlmiş sürmə(siyirmə) sistəmlər panoramik mənzərəni saxlamaqla hər hansı bir sahəni qapamağa, açıldıqda isə məkanın sahəsini genişləndirməyə imkan verir. Sürmə sistemlər bağ evi, restoran və s. obyektlərlə yanaşı, terras, yay mətbəxi, qış baxçası, və s. kimi əlavə tikililərdə istifadə üçün idealdır.

Sürmə sistemlər açılma şəklinə və digər xarakteristikalarına görə altı növdə olur:

“Hebe-Schiebe” (“Lift and Slide”) sürmə sistemlər;
Paralel (“Volkswagen”) sürmə sistemlər;
Qatlanan (“Akardeon”) sürmə sistemlər;
“Monoslide” sürmə sistemlər;
Sadə sürmə sistemlər;
“Dynamic” sürmə sistemlər;

Hebeşebe (qaldırsür) sürmə sistem digər sürmələrdən fərqi germetikliyi daha yüksək olması, bir ox üzərində hərəkət də bilməsi, daha böyük qanadların rahatlıqla hərəkət edə bilməsidir.

Hebeşebe sistem qolu çevirdikdə sürmə qanadını təkərlər üzərinə qldıraraq hərəkətə başladır. Bu zaman qanad təkər üzərində olduğundan sürtünmə qüvvəsi çox aşağı olur və böyük qanadı çox rahatlıqla sağa və sola istiqamətdə hərəkət etdirmək olur. Yenidən qolu eks istiqamətə çevirdikdə qanad aşağı enərək rezinlər vasitəsi ilə sıxılır ki bu da germetikliyi təmin edir. Dövrümüzdə memarlıq layihələrinin vacib elementlərindən biri halına gəlmiş sürmə sistəmlər panoramik mənzərəni saxlamaqla hər hansı bir sahəni qapamağa, açıldıqda isə məkanın sahəsini genişləndirməyə imkan verir.

Müştərilərimizə təqdim etdiyimiz bütün təkliflərdə, istifadə etdiyimiz məhsulların test dəyərləri və onların sertifikatları, eskiz layihəsi, təhvil müddəti öncədən təqdim olunur.

Sualınız var?

Xidmətlərimizdən yararlanmaq üçün
Bizə yazın!

Suallarınızla bağlı bizə zəng edin

+99412 408 8050

+99450 330 8050