Avtomatik qapılar

Avtomatik qapılar

 

Vinova MMC evlərdə, ticari obyektlərdə, biznes mərkəzlərində, idarələrdə geniş istifadə olunan avtomatik qapı sistemlərini təklif edir. Müsair görünüşlü “Qaraj qapıları”, obyetklərə girişin rahatlığını təmin edən “Fotoselli qapılar”, daxildəki temperaturu sabit saxlamaq üçün ideal vasitələrdən olan “Dönər qapı”, steril vəziyyəti qorumaqda xüsusi rolu olan “Germetik qapı” sistemləri funksionallığı və estetik xarici görünüşü ilə yüksək texnoloji konstruksiyalardır. Vinova MMC hər dizaynda sifarişlərin vaxtında icra olunmasını, etibarlı və güvənli çatdırılma və quraşdırılmasını təmin edir.

Steril vəziyyəti qorumaqda xüsusi rolu olan “Germetik Qapı” sistemlərini təqdim edirik. Germetik qapılar, kimyəvi maddələrin hava axını ilə daxil olmasının qarşısının alınmasında xüsusi önəmə sahibdir.

Obyektlərdə, biznes mərkəzlərində, idarələrdə geniş istifadə olunan avtomatik dönər qapı sistemlərini təklif edir. Daxildəki temperaturu sabit saxlamaq üçün ideal vasitələrdən olan dönər qapı sistemlərini istənilən formada və dizaynda sifariş edəbilərsiniz.

Vinova MMC ticari obyektlərdə, biznes mərkəzlərində, idarələrdə geniş istifadə olunan Fotoselli(sensorlu) avtomatik qapı sistemlərini təklif edir. Fotoselli qapılar, məkana girişin rahatlığını və səmərəliliyini təmin edir.

Turniketlər, eləcə də keçid nəzarət (Access Control) sistemləri istehsal müəssisələrinin, inzibati binaların, şirkət ofislərinin, məktəblərin, üniversitetlərin, stadionların, istirahət və fitness mərkəzlərinin, əyləncə parkları və zooparkların, ticarət mərkəzlərinin girişində piyadaların giriş və çıxışlarına nəzarət etmək üçün ən effektiv vasitələrdən sayılır.

Belə ki, təhlükəsizlik baxımından, turniketin qolları əksər hallarda sadəcə bir istiqamətdə fırlanaraq, əks istiqamətdəki girişlərin qarşısını alır. Bununla da, turniket sistemlərinin varlığı şərait yaradır ki, təhlükəsizlik heyəti hər bir şəxsə ayrı-ayrılıqda nəzarət etsin və ehtiyac halında təhlükə vəd edə biləcək problemlərə tam zamanında müdaxilə olunsun. Həmçinin, təcili evakuasiya hallarında turniketlər asanlıqla gözə çarpdığı üçün, insanların çıxış istiqamətini təyin etməsində böyük rol oynayır.

Müştərilərimizə təqdim etdiyimiz bütün təkliflərdə, istifadə etdiyimiz məhsulların test dəyərləri və onların sertifikatları, eskiz layihəsi, təhvil müddəti öncədən təqdim olunur. 

Sualınız var?

Xidmətlərimizdən yararlanmaq üçün
Bizə yazın!

Suallarınızla bağlı bizə zəng edin

+99412 408 8050

+99450 330 8050