İzosistem Alüminium

İzosistem Alüminium

 

İzosistem nərdir ?

Qısaca desək İzosistem izalyasiyalı alüminium qapı pəncərə profilləridir.

İzosistem, Taxta və Pvc pəncərələrdən bir neçə üstün tərəfləri ilə seçilir.

İzosistem profillərdə iki alüminium lövhənin arasına poliamid adı verilən dielektrik təbəqə qoyulur ki,bu da sistemi əvəzedilməz edir.

İki alüminium lövhə bir birinə təmas etmədiyindən rübubət və tempratur fərqindən yaranan kondensasiya profil üzərində baş vermir. Buda profil üzərində divarlarda meydana gələn nəmlənmənin qarşısını alır.

Eyni zamanda izosistemlərdə kamera sayının çox olması, üç qat rezindən isdifadə edilməsi istilik və səs izalyasiyasını önəmli dərəcədə artırır.

Araşdırmalara görə evin istiliyinin itkisində 45 faiz pərcərələrin payına düşür. Ancaq  izosistemdən isdifadə etməklə enerjiyə böyük ölçüdə qənaət edəbilərsiniz. Eyni zamanda istlik enerjisi qoruyan şüşələrdən isdifadə etməklə tam olaraq izalyasiyanı təmin edəbilirsiniz.

Digər tərəfdən, daxili və xarici hissələrində fərqli rəng seçimlərindən istifadə etmə imkanı məkanın interyerini eksteriyerindən müstəqil bir şəkildə dizayn etməyə imkan yaradır.

İzosistem alüminium yüksək dayanaqlılığı ilə böyük ölçülü, vitraj tipli qapı və pəncərələrin hazırlanması üçün çox əlverişlidir. Təkcə qapı pəncərələrdə yox İzosistem eyni zamanda şüşə cəbhə sistemlərində, sürmə sistemlərində də geniş isdifadə olunabilər.

Profillər müasir qurğular vasitəsi ilə bir birilərinə preslənərək birləşdirildiyindən  sistemin tamamən dayanıqlılığı təmin edilir. İzosistemdə vacib faktorlardan biri də isdifadə olunan mexanizlərdir. Bu mexanizmlərin düzgün seçimi sayəsində qapı və pəncərələrdə isdifadə rahatlığı və germetikliyi daha da artırmaq mümkündür.

Vinova MMC olaraq əsasən avropa istehsalı mexnaizmlər və tədbiq edirik ki buda sistemin uzun ömürlüyünü və keyfiyyətini daha da artırır.

Unikal dizaynı və güclü izolyasiyası olan izosistem pəncərə və qapı sistemi, alüminium arasındakı plastik kütlə (dielektrik təbəqə) sayəsində xarici və daxili metal arasındakı əlaqə tamamilə kəsilir, istilik və izolyasiya sistemi yaranır. Nəticədə səsin ötürülməsi, temperaturun düşməsi, profilin kondensasiyasının qarşısı alınır.

İzosistemin üstünlük təşkil edən xüsusiyyətlərindən biri digər pəncərə sistemlərindən fərqli olaraq deformasiyaya uğramaması, künclərin preslə (yapışqan) bərkidilməsi, ekoloji cəhətdən təmiz olmasıdır.

İzosistem alüminium yüksək dayanaqlılığı ilə böyük ölçülü, vitraj tipli qapı və pəncərələrin hazırlanması üçün əlverişlidir.

Vinova MMC olaraq müştərilərimizin büdcəsinə uyğun olaraq Ekonom və Premium Class olaraq 2 varianta təklif edirik.

1. Ekonom

  • Türkiyə istehsalı
  • Marka: Alüfar, Asaş, Zahid, Akfa
  • 60-70 mm-lik profil
  • Aksesuar: Almaniya

2. Premium Class

  • 70-80 mm-lik profil
  • Türkiyə istehsalı profil
  • Marka: Asistal, Çuhadaroğlu, Kurtoğlu
  • Yunan markası: Alumil
  • Aksesuar: Almaniya

Müştərilərimizə təqdim etdiyimiz bütün təkliflərdə, istifadə etdiyimiz məhsulların test dəyərləri və onların sertifikatları, eskiz layihəsi, təhvil müddəti öncədən təqdim olunur.

Sualınız var?

Xidmətlərimizdən yararlanmaq üçün
Bizə yazın!

Suallarınızla bağlı bizə zəng edin

+99412 408 8050

+99450 330 8050