Taxta Alüminium Sistemlər

Taxta Alüminium Sistemlər


Taxta alüminium pəncərə sistemləri daxili səthiylə məkanın interyerinə xüsusi bir gözəllik bəxş etməklə yanaşı, alüminiumdan hazırlanan xarici səthiylə səs, soyuq, külək kimi neqativ xarici təsirlərə qarşı effektiv müdafiə təşkil edir. Daxili və xarici hissələrində fərqli rəng seçimlərindən istifadaə etmə imkanı, məkanın interyerini eksteriyerindən müstəqil bir şəkildə dizayn etməyə imkan verir.

Vinova peşəkar mühəndis və usta heyəti ilə sifarişlərin vaxtında icra olunmasını, konsultasiyasını, etibarlı və güvənli çatdırılma və quraşdırılmasını təmin edir.

Taxta alüminum pəncərələr ekoloji təmizliyə, estetik görnüşə, yüksək istilik izolyasiya xüsusiyyətlərinə malikdir. Taxta alüminium sistemlər texniki xüsusiyyətlərinə görə əvvəllər məlum olan bütün pəncərə növlərini üstələyir.

Taxta-alüminium pəncərələr xaricdən alüminium ilə üzlənmiş taxta məhsullardır. Alüminium-taxta pəncərələr metal profil və taxta örtükdən ibarətdir. Bu sistem ilə istənilən növ pəncərə sistemlərini yaratmağa imkan verir.

Alüminium demək olar ki, əbədi bir metaldır, deformasiyaya və dəyişən xarici şəraitə davamlıdır. Alüminium profil pəncərə strukturlarının davamlılığının və bütövlüyünün təminatıdır.

Sualınız var?

Xidmətlərimizdən yararlanmaq üçün
Bizə yazın!

Suallarınızla bağlı bizə zəng edin

+99412 408 8050

+99450 330 8050