Tent Perqola ilə Eviniz Cəlbedici və Rahat Olsun

6221de555efa41646386773

Tent Perqola ilə Eviniz Cəlbedici və Rahat Olsun

Perqola sistemləri ilə məkanlarınız həm cəlbedici, həm də daha rahat olacaq. Tent pergola sistemləri ilə yayda sərin küləyin, qışda isə isti bir mühitin keyfini yaşayın.

Vinova MMC olaraq təqdim etdiyimiz xüsusi tent pergola sistemləri ilə məkanınıza estetik və prestij qazandırın.

Dekorativ görünüşə sahib pergola sistemlərini, tələb olunan sahəyə görə müxtəlif dizaynlarda təklif edəbilirik. Həm ehtiyacınıza həm də zövqünüzə uyğun həllər ilə Vinova yanınızdadır.

Texnologiyanın inteqrasiyası perqola sistemlərini uzaqdan idarəetmə ilə açıb bağlamağa imkan verir.

Pergola sistemlərinin konstruksiyası suya və təzyiqə dayanıqlıdır.

Günümüzün funksional olan son texnologiya məhsulları arasında tent-perqola sistemləri başlıca yer tutur. Perqola, metal sütun profilləri, alüminum relsləri və istilik keçirməyən, alışmayan PVC qatlı materialı ilə optimal seçimdir. Profil və aksesuarlar paslanmağa davamlıdır. Açılıb-bağlanan sistemlərin yanları pərdə və ya şüşə ilə bağlanaraq qış bağçası kimi də istifadə oluna bilər.Tent pergola sistemləri istər mənzillərə istərsə də kafe və restoranlara gözəl görünüş verir. Bu gün bir çox ev sahibi pergola sistemlərindən istifadə edir.

Perqola sözü Latın dilində saçaq kimi istifadə olunan “pergule” sözündən gəlir. İtalyan dilində “pergola” deyilir.

Bu müasir sistem istənilən dizayna uyğun şəkildə rənglənə bilər. Sistem alüminium konstruksiyaya malik olduğuna görə uzun illər keyfiyyətini itirmir. Sistemdə istifadə olunan işıq sistemi isə led işıqlandırmadır. Üst hissədə olan parça örtük və işıq sistemlərinin hər ikisi pult ilə idarə oluna bilər. Əlavə modulları vasitəsilə, bu sistemlərin istənilən vaxt və ya müəyyən hava şəraitində, habelə föqvalədə hal baş verdiyi zaman avtomatik açılıb bağlanmasını təmin etmək mümkündür.Tent perqola sistemlərinin ətrafları açıq buraxıla və ya alimiminum, PVC, taxta, cambalkon, siyirmə və giyotin sistemlər ilə örtülə bilər.

Taxta pergolaların seçimi pergola sistemlərində çox vacibdir. Əvvəlcə pergola içərisində düzgün ağacdan istifadə etmək lazımdır. Düzgün olmayan seçim sistemin uzun müddətli olmasına əngəl olur.

Perqola sahəsində peşəkar olan şirkətimizdən məsləhət alabilərsiniz.

Sualınız var?

Xidmətlərimizdən yararlanmaq üçün
Bizə yazın!