Ofisi Zonalara Bölmənin Ən Səmərəli Həlli-Şüşə Arakəsmələr

621f2ab89c12a1646209720

Ofisi Zonalara Bölmənin Ən Səmərəli Həlli-Şüşə Arakəsmələr

Vinova MMC olaraq, ofisinizə modern görünüş qazandıracaq şüşə arakəsmələri təklif edirik. Şirkətimiz, ən son yeniliklərə və texnologiyalara uyğun mexanizmlərdən, alüminium konstruksiya və aksessuarlardan hazırladığı arakəsmə sistemlərində etibarlı tərəfdaş kimi tanınır. Qlobal bazarın imkanlarından istifadə edərək təqdim etdiyimiz ofis bölmələri, quruluşa və zövqünüzə uyğun rəng seçimləri ilə işyerinizdə estetik və funksionallıq yaradacaq.

Vinova, yalnız ofis interyeri üçün deyil, yaşayış yerlərində, banklarda, istehsal müəssisələrində, təhsil və elmi müəssisələrdə həmçinin əyləncə və iri ticarət mərkəzlərində istifadə oluna bilən gözəl, sərfəli və etibarlı şüşə arakəsmə sistemlərini əlverişli qiymətlərdə həyata keçirir.

Ofis bölmələri kabinetlərin ayrılması və ofis məkanının zonalara bölünməsi üçün səmərəli həll yoludur. Yaşadığımız dövürdə artıq ofis məkanlarıın bölünməsi üçün divarların tikilməsi tələb olunmur. Arakəsmələr üçün material kimi şüşə istifadə oluna bilər. Bundan asılı olaraq arakəsmələr tam vəya şəffaf ola bilərlər. Həmçinin şəffaf və tam hissəni birləşdirən kombinə olunmuş arakəsmələr mövcuddur. Növlərin müxtəlifliyi arakəsmələrin məkanın interyerinə rahat şəkildə uyğunlaşmasına imkan yaradır.

Bərkidilmiş şüşədən hazırlanan və sıxıcı profil ilə quraşdırılan arakəsmələrin funksuonal üstünlüyünün yanısıra açıqlıq, şəffaflıq və təhlükəsiz olmasıdır. İstifadə edilən və temperli adı ilə bilinən xüsusi şüşələr, sınma zamanı kiçik hissələrə  parçalanaraq həyati bir təhlükə yaratmır.

Profillərin alüminiumdan isdifadəsi şüşə arakəsmələrin möhkəmlik, dayanıqlılıq və konstruktiv etibarlılığını təmin etməyə imkan verir.

Arakəsmələr şüşə, ağac, mebel və səsuducu materiallardan da hazırlana bilir ki, bu da öz növbəsində məkanın interyerini müxtəlif tərzdə dizayn etməyə imkan verir.

Arakəsmə sistemləri materialına görə üç yerə ayrılır.

– Tam şüşəli;

– Mebel kombinasiyalı;

– Hərəkətli divarlar.

Vinova peşəkar mühəndis və usta heyəti ilə sifarişlərin vaxtında icra olunmasını, konsultasiyasını, etibarlı və güvənli çatdırılma və quraşdırılmasını təmin edir.

Sualınız var?

Xidmətlərimizdən yararlanmaq üçün
Bizə yazın!