Hansı Sürmə Sistemini Seçməliyəm?

6229c173bb4551646903667

Hansı Sürmə Sistemini Seçməliyəm?

Dövrümüzdə memarlıq layihələrinin vacib elementlərindən biri halına gəlmiş sürmə(siyirmə) sistəmlər panoramik mənzərəni saxlamaqla hər hansı bir sahəni qapamağa, açıldıqda isə məkanın sahəsini genişləndirməyə imkan verir. Sürmə sistemlər bağ evi, restoran və s. obyektlərlə yanaşı, terras, yay mətbəxi, qış baxçası, və s. kimi tikililərdə istifadə üçün idealdır.

Vinova MMC olaraq sürmə sistemlərini açılma şəkli və digər xarakteristikalarına görə altı növdə həyata keçiririk:

– Hebe-Schiebe(Lift and Slide) sürmə sistemlər;

– Paralel (Volkswagen) sürmə sistemlər;

– Qatlanan (Akardeon) sürmə sistemlər;

– Monoslide sürmə sistemlər;

– Sadə sürmə sistemlər;

– Dynamic sürmə sistemlər;

HEBESCHİEBE SÜRMƏ SISTEMİ

Hebeschiebe Sürmə Sistemi, evlərdə və ya ofislərdə böyük pəncərə səthləri ilə zerif və praktiki formada məkanı bağlama imkanı verir. Terraslara, balkonlara və bağçalara açılan qapıların mənzərəsinin önünü kəsmədən komfortu ən üstün səviyyədə saxlayır.

Sadə sürmə sistemləri ilə müqayisədə çox daha yüksək izolyasiya dəyərlərinə malik olan Hebeschiebe ilə şəffaf divarın rahatlığını yaşayacaqsınız.

Zərifliyi və yer qənaət etmə xüsusiyyətlərinə əlavə olaraq Hebeschiebe tək əl hərəkəti ilə çox böyük şüşə səthi açmağa imkan verir.

İstifadə ediləcək sahənin genişliyinə görə Hebeschiebe sabit və hərəkətli hissələrdən ibarət ola bilər. Bundan başqa bütün qanadlarının hərəkətli olmasını təmin etmək mümkündür.

Hebeschiebe təmin etdiyi statik dəyərlər, hər növ şüşə tətbiqinə imkan verən rels quruluşu ilə memarlıq layihələrində daim artan geniş açılma nöqtələrində əla seçim olaraq digər sistemlər ilə müqayisədə üstünlük verir.

Alüminium Hebesciebe sürmə sistemi isə daha geniş və yüksək açılışlar üçün nəzərdə tutulub. Bu sistem qeyri-sabit hava şəraitində yüksək qoruma təmin edən qanadlardan ibarətdir.

Şirkətimiz peşəkar mühəndis və usta heyəti ilə sifarişlərin vaxtında icra olunmasını, konsultasiyasını, etibarlı və güvənli çatdırılma və quraşdırılmasını təmin edir.

Sualınız var?

Xidmətlərimizdən yararlanmaq üçün
Bizə yazın!