“DoorHan” və “Vinova” MMC ortaq işbirliyinə başlayır

cc5d7540ccc9355ec3467bba6f8e049e

“DoorHan” və “Vinova” MMC ortaq işbirliyinə başlayır

Qapı sektorunda keyfiyyət göstəricilərinə görə dünyada məşhur olan DoorHan brendi Vinova MMC ilə ortaq işə başlayır.

Mərkəzi Rusiyada yerləşən DoorHan-nın nümayəndəsi Sergey Zaxarov, Bakıda, Vinova MMC-nin ofisini ziyarət etdi. 

Vinova MMC-nin qapı-pəncərə sektorunda icra etdyi layihələri ilə tanış olan Zaxarov, Azərbaycanda uzun zamandır bazar araşıtrması etdiklərini və məhsullarının satışı üçün etibarlı tərəfdaş axtarışında olduqlarını qeyd etdi.

Brendin məhsullarının satışı üçün xüsusi standartlara və tələblərə cavab verən firma kimi Vinova MMC-ni seçdiklərini qeyd edən Sergey Zaxarov, DoorHan qapılarını ən son modellərini Azərbaycan bazarı üçün əlçatan edəcəklərini dilə gətirdi.

Birgə əməkdaşlıq mövzusunda razılığa gəlinən görüşdə Sergey Zaxarov, DoorHan-nın məhsulları haqqında geniş məlumat verdi.

Seksioanal və jalüz  qapılar, germetik qapılar, yanğına dayanıqlı qapılar, avtomatk-fotosel qapılar, şlaqbaun sistemləri, anqar və s kimi qapıları ilə seçilən DoorHan markasının bütün məhsullarını müştərilər artıq Vinova MMC-dən sifariş edə biləcək. 

Sualınız var?

Xidmətlərimizdən yararlanmaq üçün
Bizə yazın!