Alüminium-şüşə cəbhə sistemləri məkanın daha çox təbii işıq almasına şərait yaratmaq ilə yanaşı, divarların xaricində qalan panaromik mənzərini interyerin bir hissəsinə çevirərək məkanın aurasını gözəlləşdirməyə imkan verir. Müxtəlif struktur və memarlıq üslublarına uyğun xüsusi dizayn edilmiş alüminium-şüşə cəbhə sistemi həlləri ilə, Vinova bütün layihələrinizə estetik gözəllik qatacaq.
Şüşə cəbhə sistemlərinin tətbiq olunduğu yerə görə parametrləri düzgün hesablanmalıdır. Ölçüyə uyğun profil genişliyi və ət qalınlığı, tərkibi, boyası, istifadə olunan mexanizmlər,izolyasiya materialları, şüşəsi və s. xüsusiyyətlər, işin keyfiyyətində önəmli dərəcədə təsiri var. Kontrusksiyanın üzərinə düşən külək yükü, dənizkənarı və ya dağüstü yerləşməsinə, istidən profillərin genişləmə payı kimi amillər nəzərə alınmalıdır. Tətbiq olunan profillər, həm də, istifadə oluna biləcək şüşələr də xüsusi tərkibli ola bilər.
Vinova MMC olaraq istifadə etdiyimiz markalar:
- Türkiyə İstehsalı: Asistal , Çuhadaroğlu, Kurtoğlu, Alkas, Asaş, Alüfar
- Aksesuarlar Almaniya
Müştərilərimizə təqdim etdiyimiz bütün təkliflərdə, istifadə etdiyimiz məhsulların test dəyərləri və onların sertifikatları, eskiz layihəsi, təhvil müddəti öncədən təqdim olunur.
Firmamız dörd fərqli çeşiddə alüminium-şüşə cəbhə sistemləri təklif edir:
- Qapaqlı cəbhə sistemi;
- Silikon cəbhə sistemi;
- Panel cəbhə sistemi;
- Transparent (spider) cəbhə sstemi
Qapaqlı cəbhə sistemi xarakterik xüsusiyyəti cəbhə kənarından alüminium profillərin görsənməsidir. Kənardan baxanda şüşələr bir çərçivə içərisində görünür. Silikon cəbhədən fərqi bu şüşələr üzərinə olan alüminium profillərin qapaq kimi görünməsidir. Cəbhədə qanad açmaq tələb olunduqda profillərin görülməyəcək şəkildə gizli qanad tətbiqi gərçəkləşdirilir. Qapaqlı cəbhə sistemində, xarici səthdə istifadə edilən müxtəlif ölçülərdəki alüminium qapaq profili, memarların tələblərinə görə bir çox ferqli geometrik formada olabilir. İç və çöl tərəflərdən ayrı rənglərə boyana bilərək iç profilləri interier, çöl profilləri isə eksteryer dizayna görə istənilən rəngə boyamaq olar.
Silikon cəbhə, kənardan tamamilə şüşə görüntüsü verməklə fasadın quruluşana bütöv bir gözəllik bəxş edir. Bu sistemdə şüşə kasetlər arasında incə (16mm) hava boşluqları mövcud olur və xaricdən alüminium profillər görsənmir. Silikon cəbhə sistemi,binalara yüksək prestij və zəngin cəbhə görünüşü qazandırdığı üçün çox seçilməkdədir. İstənildiyində qanad profili tətbiq edilərək gizli qanad mexanizimləri yerləşdirilə bilər. Tətbiq oluna biləcək şüşə həm şəffaf, həm də istədiyiniz rəngdə və tərkibdə ola bilər. Zərbəyə davamlı temperli şüşələr tətbiq olunur.