Cam Balkon Sistemləri

Cam Balkon Sistemləri


Şüşələrin rahat hərəkətini təmin edən cambalkon, rahat açılıb bağlanma, qatlanma və siyrilmə xüsusiyyətləri sayəsində vizual bütövlüyə xələl gətirmədən hər hansı açıq məkanı qapalı, və ya qapalı bir məkanı açıq bir məkana çevirməyə imkan verir. Cambalkon sistemlər açıq məkanları qar, yağış, külək, toz və səs kimi xarici təsirlərdən qorumaq üçün ideal vasitədir. İzosistem alüminium və paket (ikiqat) şüşəli sistemlər istifadə edilərək cambalkonun izolosaiya dəyərəlirini artırmaq və məkanın daxili və xarici arasında temperatur fərqini qorumaq mümkündür. İzosistem alümniumlu cambalkonların iç və çöl səthlərinin fərqli rənglərə boyana bilməsi bu sistemlərin məkanın interyer və exteryer dizaynını pozmadan geniş istifadəsinə imkan yaradır.

Cambalkonlar açılıb bağlanma şəklinə görə üç növə ayrılır:

  • Qatlanan cambalkon;
  • Siyirmə cambalkon;
  • Asqılı cambalkon;

Vinova MMC olaraq dizayn etdiyimiz innovativ Cambalkon sistemlərini təklif edirik. Şirkətimiz, ən son yeniliklərə və texnologiyalara uyğun mexanizmlərdən, mühərriklərdən, alüminium konstruksiya və aksessuarlardan hazırladığı cambalkon sistemlərində etibarlı tərəfdaş kimi tanınır. Qlobal bazarın imkanlarından istifadə edərək təqdim etdiyimiz cambalkon sistemləri, quruluşa və zövqünüzə uyğun rəng seçimləri ilə evinizdə vəya işyerinizdə estetik və funksionallıq yaradacaq.

Müştərilərimizə təqdim etdiyimiz bütün təkliflərdə, istifadə etdiyimiz məhsulların test dəyərləri və onların sertifikatları, eskiz layihəsi, təhvil müddəti öncədən təqdim olunur.

Cambalkon nədir?

Cambalkon (şüşə balkon) sistemləri əsasən şüşənin alüminium relslərdə hərəkət etməsi və bütün pəncərələrin balkonun uyğun künclərinə qatlanması prinsipinə əsaslanır. Bugünkü şəhər həyatının getdikcə yorucu və stresli olduğunu nəzərə alsaq, insanlar üçün evlərində bir azadlıq sahəsi yaradan eyvanlar daha çox əhəmiyyət qazanır.

Cambalkon sistemlərində istifadə olunan “temperli” və ya “lamine” şüşələr təhlükəsiz şüşələridir. Bu səbəbdən şüşələrin qırılması nəticəsində yarana biləcək zərərlərin qarşısı alınır.

Cambalkon Sistemlərinin Üstünlükləri;

  • Cambalkon sistemləri, balkonları istənilən vaxt açıla bilən quruluşu sayəsində faydalı və rahat bir yaşayış sahəsi halına gətirir.
  • Cambalkon sistemləri evlərin ümumi arxitekturasına uyğunlaşaraq estetik görünüş yaradır.
  • Cambalkon sistemləri çevik istifadəsi sayəsində yağışdan, qardan və iqlim şəraitindən asılı olmayaraq balkondan istədiyi kimi istifadə etmək imkanı verir.
  • Cambalkon sistemləri toz, səs-küy, yarpaqlar, həşərat, eyvanlarda yuva qura bilən heyvanlar və onların tullantıları kimi hər cür istənməyən açıq şəraitdən qorunmanı təmin edir.
  • Cambalkon sistemləri izosistem(istilik izolyasiyası) profilləri ilə istehsal olunan sistemlərdə xarici və daxili mühiti ayıraraq istilik izolyasiyasını təmin edir.
  • Cambalkon sistemləri temperli prosesə malik ikiqat şüşəli sistemlərdə maqnit birləşmələr sayəsində əla səs və istilik izolyasiyasını təmin edir.

 

Cambalkonun İstifadə Məkanları:

  • Cambalkonların evlərin eyvanlarında istifadəsi olduqca yüksəkdir.
  • Kafe və restoranlar kimi iri ticarət müəssisələrində də açıq havada istifadə olunur. Belə yerlər yay və qış aylarında cambalkon sayəsində məkanlarda ən yüksək səviyyədə səmərəliliyin alınmasına səbəb olur.
  • Ofislərdə bölünmə sahəsi tələb olunan yerlərdə cambalkon növündən istifadə olunması son dərəcə faydalıdır.
  • Villalarda və ya həyət evlərinin qış baxçalarında ilk ağla gələn balkon növüdür.
  • Teraslar üçün də ölçüsündən asılı olmayaraq, hər modeldə hazırlamaq mümkündür.

Vinova peşəkar mühəndis və usta heyəti ilə sifarişlərin vaxtında icra olunmasını, konsultasiyasını, etibarlı və güvənli çatdırılma və quraşdırılmasını təmin edir.

  • Cambalkon sifarişlərin hazırlanmasında Türkiyə istehsalı profillərdən və Belçika, Türkiyə, Rusiya istehsalı şüşələrdən istifadə edirik.

Pəncərə Atelyemiz, hazırlanan konstruksiyaların dəqiq və etibarlı olması üçün ən müasir avtomatlaşdırılmış qurğular ilə təchiz edilərək, adi sexlərdə hazırlanan profillərdə bir müddət sonra yaranacaq probləmlərin öününə keçir. Profillərin dəqiq kəsimi və pərçimlənməsi tamamilə avadanlıq ilə icra edilir.

Sualınız var?

Xidmətlərimizdən yararlanmaq üçünBizə yazın!

Suallarınızla bağlı bizə zəng edin

+99412 408 8050

+99450 330 8050